REGİONLAR


Şəmkirdə ali məktəblərə qəbul zamanı yüksək bal toplayan məzunlar mükafatlandırılıb

A+ A

Şəmkir, 7 sentyabr, Famil Quliyev, AZƏRTAC

Şəmkir Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə qəbul imtahanlarının nəticələri barədə məlumat verilib. Bildirilib ki, bu il Şəmkir rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 1537 nəfəri Tələbə Qəbulu üzə Dövlət Komissiyasına (TQDK) sənəd verib. Onlardan 506 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında abituriyentlərdən 1 nəfər 700 bal, 34 nəfər 600-dən, 68 nəfər isə 500-dən çox bal toplayıb. Dörd məzun qızıl medala layiq görülüb. Rayonun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni isə C.Rüstəmov adına şəhər tam orta məktəbin kollektivi qazanıb. Belə ki, məktəbin builki məzunlarından 39 nəfəri ali məktəblərə qəbul olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qayğının nəticəsi olaraq son illərdə respublikanın bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da onlarla yeni məktəb binası tikilib və əsaslı təmir edilib.

Çıxışlarda ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil almasına yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub. Gənclər dövlətin diqqət və qayğısına mükəmməl təhsilləri və yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini bildiriblər.

Sonda yüksək bal toplamış tələbələrə hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.