REGİONLAR
Şəmkirdə baramaçılığın inkişafı üçün yem bazası yaradılır
Şəmkir, 6 dekabr, Famil Quliyev, AZƏRTAC
Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi, Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağları salınır. Bu il rayonda 40 min tut tinginin əkilməsi nəzərdə tutulur.
Artıq bir neçə gündür rayonun yaşayış məntəqələrində, o cümlədən Yeni Həyat kəndinin bələdiyyəyə məxsus torpaq sahəsində tut tinglərinin əkininə başlanılıb. Rayon rəhbərliyinin də iştirak etdiyi ting əkininə sakinlər də xüsusi maraq göstəriblər. Kəndin ərazisində 1 hektar torpaq sahəsinə 4 min ting əkilib və bu istiqamətdə işlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]