REGİONLAR


Şəmkirdə bilik yarışının qalibləri mükafatlandırılıblar

Şəmkir, 26 may, Famil Quliyev, AZƏRTAC

Şəmkir rayonunun Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan kənd 1 nömrəli tam orta məktəbində 28 May - Respublika Gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

AZƏRTAC xəbər verir k, yarışda Zəyəm-Cırdaxan kənd 1 və 2 nömrəli tam orta məktəblərində təhsil alan 36 şagird iştirak edib. Ümumilikdə altı komandanın hər biri altı iştirakçı ilə təmsil olunub.

Yarış iki turda keçirilib və hər turda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, eləcə də ümumi intellektə aid 10 sual səsləndirilib.

Bilik mübarizəsində Sərdar Məmmədov adına Zəyəm-Cırdaxan kənd 1 nömrəli tam orta məktəbin “Zəkalar” komandası qalib gəlib.

Qaliblər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.