REGİONLAR


Şəmkirdə bir qrup polis işçisi mükafatlandırılıb

A+ A

Şəmkir, 3 iyul, AZƏRTAC

Azərbaycan polisi günü ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti, rayonun hüquq mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyətin nümayəndələri və polis idarəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri açan Şəmkir Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov müstəqil Azərbaycanın polis orqanlarının tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.

Əlamətdar bayram münasibətilə polis işçilərini təbrik edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan polisinin tarixi yolundan, onun inkişafında, kadrların yetişdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarına diqqət və qayğısından danışıb.

Tədbirdə Şəmkir Rayon Polis İdarəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.