REGİONLAR


Şəmkirdə istifadəyə verilən sahibkarlıq obyektində 60-a yaxın işçi çalışacaq

Şəmkir, 8 iyun, Famil Quliyev, AZƏRTAC

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Şəmkir rayonunda da diqqət mərkəzində saxlanılır. Rayonda sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır. Şəmkir rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Təzəkənd kəndində iş adamının şəxsi vəsaiti hesabına sahibkarlıq obyekti tikilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, sahibkarlıq kompleksinin rəhbərliyi və işçiləri, eyni zamanda, kənd sakinləri iştirak ediblər. Market, kafe, avtomobil ehtiyat hissələrinin satışı, avtomobil təmiri servisi və ət satışı mərkəzi kimi obyektləri özündə birləşdirən kompleksdə 60-a yaxın işçi çalışacaq.

Qeyd edək ki, sahibkarlıq obyekti Təzəkənd kəndi ilə yanaşı, ətraf kəndlərin sakinlərinə də xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.