REGİONLAR
Şəmkirdə istifadəyə verilən sahibkarlıq obyektində 70 nəfər işlə təmin olunub
Şəmkir, 3 iyul, Famil Quliyev, AZƏRTAC
Son dövrlərdə Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı, sakinlərə yüksək xidmət göstərən yeni müəssisələrin açılmasına da diqqətlə yanaşılır. Bu sahədə yeni ticarət obyektlərinin, xidmət müəssisələrinin bərpası və yenilərinin açılması prosesi uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Şəmkirdə müasir görkəmi ilə diqqət çəkən daha bir sahibkarlıq obyekti istifadəyə verilib.
Şəmkir şəhərinin Səməd Vurğun küçəsində yerləşən “Gold Qafqaz” şadlıq sarayı müasir standartlara uyğun təchiz edilib və burada qonaqlara yüksək xidmət göstərmək üçün lazımi şərait yaradılıb. Ümumi sahəsi 3300 kvadrat metr, qonaq tutumu 800, işçilərin sayı 70 nəfər olan sahibkarlıq obyektinin nəzdində yaxın günlərdə ticarət mərkəzi də fəaliyyətə başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]