REGİONLAR


Şəmkirdə istiqlal şairi Əhməd Cavadın xatirəsi anılıb

Şəmkir, 24 may, Famil Quliyev, AZƏRTAC

Şəmkir Rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 125 illiyi münasibətilə Ə.Cavad adına Mədəniyyət Mərkəzində “Haqq bağıran səs” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Əhməd Cavadın və Üzeyir Hacıbəylinin abidə kompleksini ziyarət etdiriblər.

Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə istiqlal şairinin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

YAP rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbirdə çıxış edərək şairin yaradıcılığı və Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti ilə bağlı geniş məlumat verib.

Sonra Əhməd Cavadın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

Tədbir mərkəzi kitabxana tərəfindən təşkil edilmiş sərgi ilə tanışlıqla yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.