REGİONLAR


Şəmkirdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası açılıb

A+ A

Şəmkir, 27 avqust, AZƏRTAC

Şəmkir rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

Bakı-Qazax magistralının Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsindəki yeni bazarda təşkil olunan yarmarkada əhali ucuz və keyfiyyətli məhsullarla təmin edilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada gündəlik tələbat mallarından müxtəlif çeşiddə 400 tona yaxın məhsul satışa çıxarılıb. Eyni zamanda, kənd təsərrüfatı zəhmətkeşləri də əkib-becərdikləri məhsulları satmaq imkanı əldə ediblər.

Bununla da Qurban bayramı ərəfəsində təkcə Şəmkir deyil, ətraf şəhər və rayonların sakinləri də aşağı qiymətlərlə kənd təsərrüfatı məhsulları ala biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.