REGİONLAR


Şəmkirdə qəzalı vəziyyətdə olan yaşayış binaları təmir olunur

Şəmkir, 31 may, Famil Quliyev, AZƏRTAC

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şəmkir rayonunun Dəllər qəsəbəsində qəzalı vəziyyətdə olan 6 ikimərtəbəli yaşayış binası əsaslı şəkildə yenidən qurulur. Sözügedən qəsəbədə və rayon mərkəzində bir körpələr evi və uşaq bağçası da müasir formada yenilənir. Şəmkir şəhərinin Məhəmməd Füzuli küçəsində 2, Rabitəçilər Evində isə 1 iki mərtəbəli çoxmənzilli bina yenilənib. Hazırda isə daxili imkanlar hesabına Əhməd Cavad küçəsində yenidənqurma işləri aparılır.

Rayonun baş memarı Ramiz Rəhimov AZƏRTAC-a bildirib ki, Şəmkir şəhərinin Əhməd Cavad küçəsində yerləşən 6 ikimərtəbəli çoxmənzilli binalar da əsaslı təmir olunur. Binaların dam örtükləri dəyişdirilir binaların fasadları, kommunikasiya xətləri tamamilə yenilənir. Əhməd Cavad küçəsində görülən işlər Şıxəli Qurbanov küçəsinədək davam etdiriləcək və Gədəbəy rayonuna gedən yola çıxış üçün dairəvi yol çəkiləcək.

Restavrasiya işləri zamanı şəhərsalma və memarlıq normalarına cavab verməyən tikililər ləğv olunur. Əvəzində isə müasir görünüşə malik obyektlər inşa edilir. Bundan başqa Şəmkir rayonunda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün dairəvi yol da çəkilir.

Şəmkirin kənd və qəsəbələrində yerli icra nümayəndəliklər üçün daxili imkanlar hesabına inzibati binanın inşası da nəzərdə tutulub. İlkin olaraq Kür, Zəyəm və Çinarlı qəsəbələrində mövcud binaların əsaslı təmiri, Könüllü, Çaparlı, Aşağı və Yuxarı Seyfəli kəndlərində isə yeni binanın inşası üçün layihələr hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.