REGİONLAR
Şəmkirdə sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılır
Bakı, 21 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda işgüzar forum keçirib və sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: aqroparkın, kartof və soğan saxlama anbarının yaradılması, quru meyvə istehsalı və dəyirman kompleksinin yaradılması, istixana, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: [email protected]).