REGİONLAR


Şəmkirdə taxıl biçininə başlanılıb

Şəmkir, 29 iyun, Famil Quliyev, AZƏRTAC

Şəmkirdə taxıl biçininə start verilib. Bu məqsədlə rayon fermerləri aqrolizinqlərlə müqavilə bağlayaraq növbəlilik əsasında biçin kampaniyasına qoşulurlar. Hazırda sahələrdə məhsulun vaxtında və itkisiz yığılması üçün işlər aparılır.

Cari ildə rayonda 13 min 970 hektar ərazidə taxıl əkilib ki, bunun da 8 min 970 hektarı buğda, 5 min hektarı arpadır. Bu günə kimi 150 hektar sahədə biçin aparılıb və sahələrdən 4 min 350 ton məhsul əldə edilib.

Fermer Zeynal Zeynalabdinov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu il 160 hektar taxıl, 20 hektar arpa əkmişəm. Məhsuldarlıq yüksəkdir. Hava şəraiti imkan verir ki, yığımı vaxtında aparaq. Hər hektardan 30-40 sentner məhsul əldə edirəm. 5-10 gün ərzində də biçini yekunlaşdıracağıq, texnika sarıdan da elə bir ciddi problemimiz yoxdur”.

Bu il fermer təsərrüfatlarında məhsuldarlıq normaldır. Bütün sahələrdə normaya uyğun suvarma aparılıb, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirləri görülüb. Fermerlər sahələrdən bol məhsul götürəcəklərinə inanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.