REGİONLAR
Şəmkirdə velosiped yarışının qalibləri mükafatlandırılıb
Şəmkir, 3 oktyabr, AZƏRTAC
Şəmkir Mərkəzi Parkında rayon icra hakimiyyətinin dəstəyi, gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər arasında velosiped yarışı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin əməkdaşı Davud Süleymanov və gənclər və idman idarəsinin rəisi Emin İsmayılov çıxış edərək yarış iştirakçılarına uğurlar diləyiblər.
Sonra iştirakçılara yarışın qaydaları haqqında məlumat verilib. Gərgin mübarizə şəraitində keçən yarışda 1-ci yerə Sərdar Vəliyev, 2-ci yerə Fariz Əhmədov, 3-cü yerə isə Elsevər Bağırov çıxıblar.
Qaliblər Şəmkir Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]