REGİONLAR


Şəmkirdə yeni subartezian quyusu istifadəyə verilib

Şəmkir, 9 iyun, Famil Quliyev, AZƏRTAC

Şəmkir rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Yeni Həyat kəndində yeni subartezian quyusu istifadəyə verilib. Subartezian quyusu vasitəsilə 30 hektar əkin sahəsinin suvarılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Şəmkir rayonunda 774 artezian və subartezian quyusu fəaliyyət göstərir. 2016-2017-ci illərdə rayonda 15 subartezian quyusu istifadəyə verilib. Növbəti mərhələlərdə də əhalinin suya olan tələbatının ödənilməsi üçün yeni quyuların qazılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.