REGİONLAR


Şəmkirin kəndlərini rayon mərkəzi ilə birləşdirən yolda təmir-tikinti işləri aparılır

Şəmkir, 3 iyun, Famil Quliyev, AZƏRTAC

Son illər Şəmkirdə gözəl parklar, istirahət və əyləncə mərkəzləri, idman obyektləri, ictimai iaşə müəssisələri, yeni məktəblər, uşaq bağçaları istifadəyə verilib, küçələr və məhəllələr abadlaşdırılıb, bir çox tarixi abidələr bərpa olunub və bu işlər davam etdirilməkdədir.

AZƏRTAC xəbər verir ki, Şəmkirdə son dövrlərdə təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də abadlıq işləri aparılır. Bu günlərdə Şəmkirin Yeni Göyçə, Çaykənd, Dağ Cəyir kəndlərini rayon mərkəzi ilə birləşdirən yolda təmir işlərinə başlanılıb.

Sözügedən yolda təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, hazırda təmir-bərpa işlərinin aparıldığı ərazi boyu təqribən 10 minə yaxın əhalinin yaşadığı yaşayış məntəqələri mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.