REGİONLAR


Şəmkirli fermer: Məhsulumuzu daxili bazarla yanaşı, Rusiya bazarlarına da göndəririk

Şəmkir, 23 may, Famil Quliyev, AZƏRTAC

Ölkəmizdə kənd təsərrüfatının inkişafına yaradılan münbit şəraitin nəticəsi olaraq ekoloji təmiz, rəqabətə davamlı məhsulların istehsalı üstünlük təşkil edir. Belə məhsullardan biri də süfrələrin bəzəyi olan çiyələkdir. Əvvəllər bu məhsul ölkəmizə başqa dövlətlərdən gətirilirdisə, indi Azərbaycanda yetişdirilən çiyələk daxili bazarı ödəməklə yanaşı, başqa ölkələrə də ixrac olunur. Şəmkir rayonunda da ilin bütün fəsillərində çiyələk yetişdirilir. İlboyu yığımı aparılan bitkidən bu il də fermerlər bol məhsul götürürlər. Bazarlarda həmişə olduğu kimi, çiyələyə tələbat çoxdur. Hazırda isə məhsulun yığım dövrüdür.

Rayonun Muxtariyyə kənd sakini, fermer Qabil Qasımov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Çiyələk sahəmiz 30 hektardır. Bunun 11 hektarı istixana şəraitində, qalan 19 hektarı isə açıq sahələrdə becərilir. İlboyu məhsulumuz olur. 75 nəfər daimi işçimiz var, yığım vaxtı isə işçilərin sayı 150 nəfərə çatır. Məhsulu daxili bazarla yanaşı, Rusiya bazarlarına da göndəririk”.

Yığılan məhsul elə sahədə çeşidlənərək qablaşdırılır və satış məntəqələrinə göndərilir. Əksər hallarda alıcılar məhsulu gəlib yerindəcə alırlar. İşçilərin əksəriyyəti uzun illərdir bu işlə məşğuldur. Burada əsasən “Viktoriya”, “Albion” və “Kumoroz” sortları əkilir. Bu növ çiyələklər ilboyu məhsuldarlığı ilə də fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.