REGİONLAR


Şəmkirli fermerlər kartof sahələrindən 113 min tondan çox məhsul götürüblər

A+ A

Şəmkir, 12 oktyabr, AZƏRTAC

Şəmkir rayonunda kartofçuluğun inkişafı daim diqqət mərkəzində saxlanılır. Rayonda bu il sahibkarlar tərəfindən 6497 hektar sahədə bol məhsul yetişdirilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar artıq 6 min 491 hektar sahənin kartofunu yığıblar. Sahələrdən 113 min 598 ton məhsul əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tədarük olunan məhsul 4 min 468 ton çoxdur. Rayonun dağ kəndlərində kartof yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.