REGİONLAR


Şəmkirli fermerlər kartof sahələrindən 79 min 276 ton məhsul istehsal ediblər

A+ A

Şəmkir, 15 avqust, AZƏRTAC

Bu il Şəmkir rayonunda sahibkarlar tərəfindən 6497 hektar sahədə bol məhsul yetişdirilib.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlar artıq 4281 hektar sahədən 79 min 276 ton kartof yığıblar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 17 hektar, tədarük olunan məhsul isə 1929 ton çoxdur.

Şəmkirin dağ kəndlərində kartof yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.