REGİONLAR


Şəmkirli gənc qəbul imtahanından 700 bal toplayıb VİDEO

A+ A

Şəmkir, 18 iyul, AZƏRTAC

İyulun 15-də ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında IV qrup üzrə 700 bal toplayan abituriyentlərdən biri də Şəmkir rayonu Natiq Süleymanov adına Çinarlı qəsəbə tam orta məktəbinin məzunu Zülfüqarov Orxan Əzim oğludur.

Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır.

O.Zülfüqarov AZƏRTAC-a bildirib ki, qəbul imtahanında 700 bal toplayacağına əmin olub. O deyib: “Çalışdım ki, imtahanda diqqətli olum və mexaniki səhvlərə yol verməyim. İstədiyimə də nail oldum. Atam riyaziyyat müəllimi olduğu üçün daim mənimlə məşğul olub. Digər fənlər üzrə isə iki il ərzində hazırlaşmışam”.

O.Zülfüqarov sənədlərini hansı ali məktəbə verəcəyinə dair qərar vermədiyini deyib: “Oxuyacağım ali təhsil ocağını hələ seçməmişəm. Ola bilsin ki, təhsilimi xaricdə davam etdirim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.