REGİONLAR


Şəmkirli məktəblilər “Tarixin Heydər Əliyev zirvəsi” sənədli filminə baxıblar

Şəmkir, 8 dekabr, Famil Quliyev, AZƏRTAC

Şəmkir Heydər Əliyev Mərkəzi və Bilik Evinin birgə təşkilatçılığı ilə Bakı Oksford Məktəbinin Şəmkir filialında Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin əməkdaşları Fəxri Yusibov, Aynurə Mərdanova və məktəbin ictimai-siyasi işlər üzrə mütəxəssisi Elçin Süleymanov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti, xalqımızın rifahı naminə gördüyü işlər barədə şagirdlərə ətraflı məlumat verib, Ümummilli Liderin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildiriblər.

Çıxışlardan sonra iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən “Tarixin Heydər Əliyev zirvəsi” adlı sənədli filmə tamaşa ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.