REGİONLAR


Şəmkirli məzunların 500-dən çoxu tələbə adını qazanıb

A+ A

Şəmkir, 25 avqust, Famil Quliyev, AZƏRTAC

Ali məktəblərə qəbul imtahanlarında Şəmkir rayonundan 1400 məzun iştirak edib. Tələbə adını qazanan 500-dən çox məzundan 33-ü 600-dən, 60-ı isə 500-dən yüksək bal toplayıb.

Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, builki nəticələr əvvəlki illərlə müqayisədə ürəkaçandır. Çünki yüksək bal toplayan məzunların sayı artmaqla yanaşı, qəbul qeydə alınmayan məktəblərin sayı da azalıb. Rayon tarixində ilk dəfə olaraq bir nəfər 700 bal toplayaraq, 100 faizlik nəticə göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.