REGİONLAR


Şəmkirli sahibkar: Biznesimizi xaricdə deyil, öz ölkəmizdə yaratmaqdan məmnunuq

Şəmkir, 4 iyul, Famil Quliyev, AZƏRTAC

Saday Səfərov Şəmkirin Qılıncbəyli kənd sakinidir. Rusiyanın Moskva şəhərində bizneslə, eyni zamanda, öz doğma kəndi Qılıncbəylidə sahibkarlıqla məşğul olur. Sahibkarın ferması, meyvə bağları, istilikxanaları var. 60 nəfəri işlə təmin edib. Əsas işçi qüvvəsi Qılıncbəyli kəndindən və ətraf kəndlərin sakinlərindən ibarətdir.

Sahibkar AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Sahibkarlar üçün ölkəmizdə, xüsusilə də rayonumuzda yaradılan şərait həqiqətən də təqdirəlayiqdir. Bunun üçün dövlətimizin başçısına bütün sahibkarlar adından dərin təşəkkürümüzü bildiririk. Biz də sahibkar olaraq biznesimizi xaricdə deyil, öz ölkəmizdə yaratmaqdan məmnunluq hissi duyuruq. Bu gün bizim üçün rayonumuzda yaradılan şərait dünyanın heç bir yerində yoxdur. Sahibkarlar üçün də ən əsası əlverişli biznes mühitinin olmasıdır”.

Saday Səfərov gələcəkdə Şəmkirdəki sahibkarlıq obyektlərini artırmağı düşündüyünü bildirib: “Planlarımız arasında daha böyük ərazini əhatə edən meyvə bağlarının salınması və sahibkarlığın inkişaf etdirilməsi də var. İnşallah, fəaliyyətimizlə ölkə iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə öz töhfəmizi vermək əzmindəyik."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.