CƏMİYYƏT


Sən demə, ən gözəl iqlimi olan ölkə Kosta-Rika imiş

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Tədqiqatçılar insanların yaşaması üçün hansı ölkənin daha münasib olmasını aydınlaşdırmaq istəyiblər. AZƏRTAC “medikforum.ru” saytına istinadla xəbər verir ki, onlar ideal iqlimi olan dövləti tapmaq üçün tədqiqat aparıblar.

Məlum olub ki, Kosta-Rikanın iqlimi insanlar üçün ən əlverişli iqlimdir.

Tədqiqatçılar anketlər tərtib edərək, müxtəlif ölkələrdən təqribən 14 min adam arasında sorğu aparıblar. Rəyi soruşulanların çoxu səsini Kosta-Rikaya verib. Buna görə də ölkə reytinqdə birinci yeri tutub.

Tədqiqatçılar ölkə sakinlərinin sağlamlıq göstəriciləri ilə iqlim şəraiti arasında əlaqəni müqayisə ediblər.

Siyahıda ikinci yeri Yunanıstan, üçüncü yeri Kipr tutub. Dördüncü, beşinci və altıncı yerləri Keniya, İspaniya və Meksika bölüşüblər.

İsveç, Finlandiya və Rusiya iqlim baxımından yaşamaq üçün ən əlverişsiz ölkələr arasında yer alıblar, ən yararsız ölkə isə 64-cü yerdə qərarlaşan Belçika olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.