CƏMİYYƏT
Sən demə, stulda “dingildəmək” sağlamlıq üçün faydalıdır
Bakı, 11 avqust, AZƏRTAC
Missuri Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ayaqları daim yelləmək qan axınını artırır və ürəyin sağlamlığını möhkəmlədir. Amerikalı alimlərin fikrincə, bu vərdiş ürək-damar sistemi xəstəliklərinin yaranması riskini azaldır. Məsələ ondadır ki, əgər insan eyni vəziyyətdə uzun müddət, məsələn, ofisdə və ya təyyarədə uçuş zamanı oturursa, onun ayaqlarına qan axını azalır.
AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, bu vəziyyət ürək və damarlarda problem yarada bilər. Adamlar adətən bir ayaqlarını yelləyirlər, lakin alimlər tövsiyə edirlər ki, ən yaxşı effektə nail olmaq üçün hər iki ayağı tərpətmək lazımdır. Mütəxəssislər onu da qeyd edirlər ki, stulda “dingildəmək” gəzinti və fiziki hərəkətləri əvəz edə bilməz.
Lids Universitetinin və London Universitet Kollecinin alimləri artıq bildiriblər ki, əyləşən vəziyyətdə müəyyən hərəkətlər etmək oturaq həyat tərzinin sağlamlıq üçün fəsadlarını yaxın buraxmır. Mütəxəssislərin fikrincə, oturaq həyat tərzi hərəkətsiz vəziyyətdə oturan qadınlarda vaxtından əvvəl ölüm riskini artırır.