DÜNYA


Senator Con Makkeyndə beyin şişi tapılıb

Bakı, 20 iyul, AZƏRTAC

Senator Con Makkeyndə beyin şişi aşkar edilib.

AZƏRTAC xəbər verir ki, həkimlər 80 yaşlı siyasətçiyə beyin xərçəngi diaqnozu qoyublar. BBC-nin məlumatına görə, xəstəlik Con Makkeynin gözündə əməliyyat aparılarkən müəyyən olunub. Müalicənin həm kimya terapiyası, həm də şüalandırma yolu ilə aparıla biləcəyi qeyd olunur. Təhlillər göstərib ki, senatorda qlioblastoma – beynin ilkin şişi xəstəliyi var. Bu xəstəlik əsasən kişilərdə müəyyən olunur və yaşla özünü göstərir.

Con Makkeyn 2008-ci ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olub, lakin seçkilərdə Barak Obamaya qalib gələ bilməyib. O, 5 il Vyetnam əsirliyində keçirib, işgəncələrə məruz qalıb, 1973-cü ildə azad edilib.

Makkeynin qəfil xəstəliyinə prezident Donald Tramp Twitter-də reaksiya verib, onun mübariz insan olduğunu yazıb. Sabiq prezident Barak Obama da Makkeyni Amerika qəhrəmanı adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.