SİYASƏT


Senator Natali Qule: Azərbaycanın səbr kasası daşır VİDEO

Paris, 6 iyul, AZƏRTAC

Ermənistan iyulun 4-də törətdiyi qanlı cinayətlə bütün sədləri keçib. Prezident İlham Əliyevin Ermənistana qarşı sanksiya tətbiq olunması ilə bağlı təklifinin reallaşdırılması labüddür. Bu münaqişənin həlli barədə məsələni təxirə salınmadan gündəmə gətirmək lazımdır. Yalnız bir seçim var - BMT Təhlükəsizlik Şurasını çağırmaq və daha ciddi addımlar atmaq lazımdır. Düşünürəm ki, Azərbaycan çox səbir edib, artıq onun səbir kasası daşır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Senatının üzvü Natali Qule Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Fransalı senator bildirib ki, Prezident Əliyev çox məntiqli və müdrik siyasət yürüdür. Hər şeyin öz vaxtı var. Ancaq döyüşlərin daha da intensivləşməsinə, günahsız insanların ölümünə yol vermək olmaz. Münaqişə tezliklə, özü də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

“Mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi artıq beynəlxalq təşkilatlar tərəfindən, eləcə də BMT Təhlükəsizlik Şurası tərəfindən də bəyan edilib. Hamı bunu bilir, bunu təkrar edir. Amma düşünürəm ki, artıq daha konkret fəaliyyətə keçmək, qətiyyətli addımlar atmaq labüddür”, - deyə N.Qule vurğulayıb.

Senator deyib ki, ATƏT-in Minsk qrupu məsələnin həlli ilə məşğul olur, amma irəliləyiş yoxdur. BMT-nin Təhlükəsizlik Şurasını çağırmaq və bu məsələni həll etmək lazımdır. Münaqişə 25 ildir davam edir. Mövcud status-kvo qəbuledilməzdir, onu dəyişmək lazımdır.

“Azərbaycanın bütün dostları onu dəstəkləməyə hazırdır. Onun ərazi bütövlüyünü dəstəkləyirik. İyulun 4-də Alxanlı kəndində qanlı hadisənin qurbanlarının ailə üzvlərinə müraciət edərək, onların kədərini bölüşdüyümü, onlarla həmrəy olduğumu bildirirəm. Azərbaycanlı qaçqın və məcburi köçkünləri də unutmamalıyıq, onlar da bu münaqişənin qurbanlarıdır”, - deyə N.Qule diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.