İQTİSADİYYAT


Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlimlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə növbəti belə tədbir noyabrın 15-də keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov maraqların toqquşmasının mahiyyəti və səbəbləri, onların həlli, maraqlar toqquşmasının qarşısının alınması üsulları barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.