İQTİSADİYYAT


Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlimlər keçirilib

A+ A

Bakı, 3 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib.

"Audit fəaliyyəti. Daxili audit" mövzusuna həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə İqtisadiyyat Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov audit fəaliyyətinin əhəmiyyəti, nəzarət sistemində daxili audit xidmətinin rolu, bu sahədə beynəlxalq təcrübə və s. barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 4 belə təlim keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.