İQTİSADİYYAT


Sənaye müəssisələrində yanvar-may aylarında 12,1 milyard manatlıq məhsul istehsal edilib

Bakı, 13 iyun, AZƏRTAC 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-may aylarında 12,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, azalmaya səbəb xam neft hasilatının 0,7 faiz, qaz hasilatının 9,9 faiz, elektrik enerjisi istehsalının 6,8 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalmasıdır.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 0,3 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,0 faiz, içkilərin istehsalı 6,2 faiz, tütün məmulatlarının istehsalı 33,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 0,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 17,0 faiz, hazır metal məmulatlarının istehsalı 18,6 faiz, kompyuter və elektron məhsullarının istehsalı 3,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 54,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artıb.

Bundan əlavə, dəri məmulatlarının, ayaqqabıların istehsalında 73,6 faiz, kağız və karton istehsalı 6,0 faiz, poliqrafiya məhsullarının istehsalı 7,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6 faiz, tikinti materiallarının istehsalı 26,2 faiz, metallurgiya məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 29,3 faiz, mebel istehsalında isə 8,3 faiz azalma qeydə alınıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalıb.

Həmçinin sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5 faiz artıb, neft sektorunda isə 0,8 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.