İQTİSADİYYAT


Sənaye parklarına 800 milyon dollar investisiya qoyulub YENİLƏNİB

Bakı, 8 iyun, Samirə Quliyeva, Elvin Camalov, AZƏRTAC

Sənaye parklarına indiyədək 800 milyon dollar investisiya qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib. Onun sözlərinə görə, indiyədək sahibkarlara 154 investisiya təşviqi sənədi verilib ki, bu da iqtisadiyyata 1,5 milyard manat investisiya yatırmağa imkan verir.

Nazir, həmçinin bildirib ki, Avropa İttifaqı ölkələri Azərbaycanın sənaye parklarına investisiya qoya bilər və bunun üçün sənaye parklarında əlverişli şərait yaradılıb. “Sənaye, kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə sahələrində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq imkanları genişdir”,- deyə nazir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.