ELM VƏ TEXNOLOGİYA


Sənaye robotu virtual reallığı hissolunan edib

A+ A

Bakı, 30 iyul, AZƏRTAC 

Kvins Universitetinin tədqiqatçıları sənaye robotunu virtual reallıq obyektləri ilə fiziki kontaktın imitasiyası üçün istifadəyə uyğunlaşdırıblar.

AZƏRTAC “ictnews” saytına istinadla xəbər verir ki, aparat platforması qismində mütəxəssislər “Baxter” robotundan və “HTC Vive” virtual reallıq eynəyindən istifadə ediblər. Sistem kontrollerlərin virtual reallıqda yerdəyişməsini izləyir və lazımi obyektə yaxınlaşan zaman robot kontroller qarşısında kontakt yerini qoyur. İstifadəçi virtual reallıq obyekti ilə fiziki əlaqəni hiss etməyə başlayır.

İstifadəçi xüsusi virtual reallıq mühitində taxta yeşikləri bir neçə dəfə yerindən tərpədir. Bununla yanaşı, bəzi funksiyaları dəyişdirmək olar. Məsələn, istifadəçi virtual obyektlərin kütləsini dəyişdikdən sonra robot yeni sazlamalara uyğun daha ağır yeşiyi imitasiya etməyə başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.