MƏDƏNİYYƏT


Sənədli filmlərimiz Rusiyanın beynəlxalq film festivalında

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Sənədli filmlərimiz 27-ci “Rossiya” açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunacaq. Festival oktyabrın 11-dən 15-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, oktyabrın 13-də Xamiz Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işiğı və ya qəribə heykəltəraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) sənədli filmləri nümayiş olunacaq. Proqram Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov tərəfindən təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.