REGİONLAR


“Sənət və sənətkarları yaşadaq” adlı məlumat bazası yaradılır

Bərdə, 8 avqust, AZƏRTAC

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilən “dəyirmi masa”da “Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və mədəniyyət müəssisələrində milli məfkurənin öyrədilməsi” mövzusu müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir, Yevlax, Bərdə, Tərtər şəhər və rayon nümayəndəliklərində çalışan bədii rəhbərlər və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə İsmayıllı rayonunun İvanovka kəndində keçirilən “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktik seminar” barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, regionda fəaliyyət göstərən sənətkarlar haqqında “Sənət və sənətkarları yaşadaq” adlı məlumat bazası yaradılır. “Dəyirmi masa”da mədəniyyət mərkəzlərində milliliyin, maddi-mənəvi dəyərlərin təbliği və əhali arasında təşviqat işlərinin aparılması məsələlərindən də bəhs edilib.

Tədbir Bərdə rayon Şirvanlı kənd Folklor Evinin “Qaravəlli” qrupunun hazırladığı “Qarabağ: folklorda bir tarixdir” adlı kompozisiya ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.