Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sənətin kamillik zirvəsində

Sənətin kamillik zirvəsində

Bu gün Azərbaycan və SSRİ-nin Xalq Artisti Fidan Qasımovanın ad günüdür

Bakı, 17 iyun, AZƏRTAC

Dünya opera sənəti tarixində bu janrın tələblərinə uyğun ifa tərzi, yaratdığı bu və ya digər obrazı ilə tamaşaçıların yaddaşında qalan istedadlı müğənnilər çoxdur. Lakin təqdim etdiyi bütün obrazları öz varlığından keçirərək ruhu ilə onları canlandıran, sağlığında ikən əfsanələşən sənətkarlar azdır.

Fidan Qasımova məhz belə sənətkarlardandır. Onun gözəl tembri, intonasiya təmizliyi, güclü və zəngin çalarlı səsi uzun illərdir pərəstişkarlarının diqqətini cəlb edir. İfa zamanı dinləyici ilə məharətlə ünsiyyət quran Fidan Qasımovanın hər çıxışı tamaşaçı auditoriyası üçün böyük bayramdır. Yaşlı və gənc nəsildən olan dinləyicilərin sürəkli alqışları isə onu yeni yaradıcılıq uğurlarına istiqamətləndirir. Öz sənətini böyük məhəbbətlə sevən müğənni üçün bundan böyük xoşbəxtlik ola bilməz.

F.Qasımovanın yaratdığı unudulmaz obrazlar qalereyası - Dezdemona ("Otello", C.Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san ("Toska", "Turandot", "Bohema", "Çio-Çio-san", C.Puççini), Mikaela ("Karmen", C.Bize), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Marqarita ("Faust", Ş.Quno), Sevil ("Sevil" F.Əmirov) və digərlərindən ibarətdir. Onun zəngin repertuarına Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi, rus bəstəkarlarından M.Qlinka, P.Çaykovski, S.Raxmaninov, Qərbi Avropa bəstəkarlarından A.Stradella, İ.S.Bax, G.F.Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də xalq mahnılarımız "Laçın", "Qubanın ağ alması", "Girdim yarın bağçasına", "Evləri var xana-xana" və s. daxildir.

Geniş konsert proqramları ilə dəfələrlə ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Meksika, Rusiya, Fransa, İtaliya, Danimarka, Kuba, Türkiyə və dünyanın digər ölkələrində qastrolda olan sənətçi musiqisevərləri heyran qoyub.

Klassik və müasir vokal sənətində uğurlu ifaya sənətçinin zövqü, intonasiya seçimi, ifa mədəniyyəti, məqamlardan istifadə bacarığı, ifa edilən əsərin üslubunu duymaq mühüm təsir göstərir. Bütün bu vasitələrdən düzgün istifadə, ifa üçün seçilmiş əsərdə qarşılaşdığı yeni üslubu dərhal mənimsəyərək tamaşaçıya uğurla çatdırmaq isə Fidan xanımın yaradıcılığının özünəməxsus keyfiyyətləridir.

Fidan Qasımova bu gün musiqi dünyasının Olimp zirvəsinə yüksəlmiş bir sənətkardır. Belə bir zirvə isə məhz böyük zəhmətlə daim öz üzərində çalışanlara nəsib olur. Tanrı vergisi olan məlahətli səsindən bacarıqla istifadə edən müğənni öz sənət yolunu düzgün müəyyənləşdirib. Təsadüfi deyil ki, XX əsrin məşhur dirijoru Y.Mravinski F.Qasımovanın səsinin vokal və texniki imkanlarının ona məhz opera, kamera müğənnisi olmaq imkanı verdiyini xüsusilə qeyd edib. Görkəmli bəstəkar Q.Qarayev sənət yoluna təzəcə qədəm qoymuş Fidanın səsini fleytanın incə səsinə bənzədib, maestro Niyazi isə onu parıltılı tünd mirvari daşla müqayisə edib. Hələ 20 yaşında gənc qızın maestro tərəfindən ona təklif edilmiş Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) yaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə A.Zeynallının "Ölkəm" mahnısını uğurla ifa etməsi vokal sənətinin körpə fidanının ilk səhnə triumflarından olub.

Məşhur operalardan ən çətin ariyalar F.Qasımovaya uğurlar gətirib. O, 1973-cü ildə İsveçrənin Cenevrə şəhərində keçirilmiş vokalistlərin beynəlxalq müsabiqəsinin finalında C.Puççininin "Bohema" operasından Miminin ariyası ilə Avropa musiqisevərlərini sehrləyib, münsiflər heyəti tərəfindən gümüş medala layiq görüb. Bir il sonra "Berlinqske Tidende" qəzetində gənc qızın ifası o dövrün əfsanəvi opera müğənnisi Mirella Freni ilə müqayisə edilib. F.Qasımova 1975-ci ildə Niderlandda beynəlxalq müsabiqədə iştirak edib, 1977-ci ildə İtaliyada musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülüb. Sənətçi beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.

Musiqi tənqidçiləri F.Qasımova haqqında "Maria Kallas və Renata Tibaldi kimi oxuyur" yazaraq müğənninin ifasından heyrətləndiklərini gizlətməyib, onun səs çalarını, səhnə mədəniyyətini, zahiri gözəlliyini, fitri istedadını, fərdiliyini xüsusilə qeyd edib, xarici mətbuat onun sənətini "Xəzər sahilindən olan möcüzə" və digər adlarla dəyərləndirib.

Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olublar.

O, Azərbaycanın (1983), SSRİ-nin (1988) Xalq Artisti fəxri adlarına, Azərbaycan Dövlət mükafatına (1984) layiq görülüb. F.Qasımovanın əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb, ona "Şöhrət" (1997) və "Şərəf" (2010), "İstiqlal" (2017) ordenləri təqdim olunub.

Onun 2008-ci ildə "Besame mucho" adlı albomu buraxılıb. "Eta Production" studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı "Dünyanın 100 qadını" kitabına salınıb.

Bakı Musiqi Akademiyasının professoru F.Qasımova son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Onların arasında beynəlxalq müsabiqələr diplomantları və laureatları da az deyildir. Azərbaycan opera sənətinin fəxri olan müğənni Vətənini dünyanın ən möhtəşəm salonlarında uğurla təmsil edir və ustad dərsləri keçir.

İyunun 17-si sənətinin kamillik zirvəsinə çatmış böyük sənətkarın doğum günüdür. Biz Fidan xanımı ürəkdən təbrik edir, ona həyatda sağlamlıqla dolu günlər, bütün arzularına qovuşmasını və qazandığı uğurların bundan sonra da davam etməsini arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Tlassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Nazim Mahmudov: Hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalasında təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib