MƏDƏNİYYƏT
“Sənətkarlıq paytaxtında” poeziya gecəsi
Ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, cari ildə Qəbələ “Azərbaycanın əfsanələr paytaxtı”, Balakən “Azərbaycanın folklor paytaxtı”, Abşeron rayonu isə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib.
Təsdiq olunmuş plana uyğun olaraq oktyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Abşeron rayonunun Heydər Əliyev Mərkəzində “Abşeron - Azərbaycanın sənətkarlıq paytaxtı-2014” layihəsi çərçivəsində poeziya gecəsi keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimləri qatılacaq.
Layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılmasıdır.