İQTİSADİYYAT


“Səngəçal-Duvannı-Xərə-Zirə” yatağında quyu istismara verilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

“Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri müvəffəqiyyətlə davam etdirir. Bu günlərdə birliyin sifarişi ilə “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 676 nömrəli estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılıb. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4434-4382 metr interval dərinliyindən gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.