CƏMİYYƏT
Bakıda qaz kəmərində baş vermiş yanğın söndürülüb -[YENİLƏNİB] VİDEO
Bakida qaz kəmərində bas vermiş yanğin söndürülüb
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
x x x
10:46
Bakı, 2 yanvar, AZƏRTAC
Səngəçalda 5 gün əvvəl partlayiş bas vermiş qaz kəmərində yenidən partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.
Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
Yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün tədbirlər davam etdirilir.