İDMAN


Səngər stendi üzrə qarışıq komanda yarışında Azərbaycan millisi qalib gəlib

Bakı, 15 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarında qalib gələrək qızıl medala sahib olub.

AZƏRTAC xəbər verir ki, finalda yığmamıza qızıl medalı 43 xal toplayan Əli Hüseyinli və Aydan Camalova qazandırıblar.

Komandamız həlledici qarşılaşmada türkiyəli Oğuzxan Tuzun və Nihan Gürer duetindən üstün olub.

Yarışda üçüncü yeri Qətər komandası tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.