İQTİSADİYYAT
Sentyabr ayında 1351 Yaşıl Kart müqaviləsi bağlanılıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Sentyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1351 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, bu müqavilələrdən 916 müqavilə Türkiyə və İran İslam Respublikasına, 379 müqavilə isə Rusiya, Moldova və Ukraynaya, 56 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
Sentyabr ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 82 167 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1188-i minik, 88-i yük, 68-i qoşqu, 6-ı avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.