CƏMİYYƏT


Sentyabrda 2,5 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən sentyabrda 2 milyon 670 min 572 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Ay ərzində 173 ədəd partlamamış hərbi sursat və 11 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 498 nəfərlik əməliyyat və 124 nəfərlik inzibati heyətlər iştirak edib. Əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 388 milyon 380 min 893 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların sayı 752 min 243-dür.

Sentyabrda agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Qazax, Lənkəran, Tərtər, Sumqayıt və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.

Ay ərzində mina və ya partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.