İQTİSADİYYAT


Sentyabrda “ASAN xidmət” mərkəzlərində “Azəriqaz”la bağlı 6,5 min müraciət öz həllini tapıb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC 

Bu ilin sentyabr ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarındakı və Gəncə şəhərindəki “ASAN xidmət” mərkəzlərinə “Azəriqaz” İstehsalat Birliyi (İB) ilə bağlı ümumilikdə 6 min 549 müraciət daxil olub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.