İQTİSADİYYAT


Sentyabrda Bakıda “Caspian İnd Expo” beynəlxalq sənaye sərgisi keçiriləcək

Bakı, 31 iyul, AZƏRTAC

“İnternatıonal Trade Faırs Group” Beynəlxalq Sərgi Şirkətinin təşkilatçılığı ilə sentyabrın 13-dən 15-nə kimi “Baku Expo” Beynəlxalq Sərgi Mərkəzində “Caspian İnd Expo” (İnternational İndustry Exhibition) adlı beynəlxalq sənaye sərgisi keçiriləcək.

“İTF Group” şirkətinin rəhbəri Həsən Mürtəci AZƏRTAC-a bildirib ki, sərgiyə müxtəlif xarici ölkələrdən tanınmış şirkətlər dəvət olunub. Bu beynəlxalq sərgidə sənayenin bütün sahələrinə (neft-qaz və kimya, energetika, kənd təsərrüfatı, dağ-mədən, tikinti və inşaat materialları, qida, polad istehsalı, yem istehsalı, kübrə istehsalı, mebel istehsalı, plastik qablaşdırma, çap sənayesi, kağız istehsalı və s.) aid məhsul və xidmətlər nümayiş olunacaq. Sərgi günlərində yerli və xarici şirkətlərin nümayəndələrinin daha yaxından tanış olmaları və məhsuldar iqtisadi münasibətlər qurmaları üçün biznes-forum da keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.