REGİONLAR


Sentyabrda ”Cənub” ES-də 291 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Cari ilin sentyabr ayında ”Cənub” Elektrik Stansiyasında 291 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 197 milyon kilovat-saat çoxdur.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin 9 ayı ərzində isə stansiyada 3 milyard 262,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin müvafiq dövründəki istehsaldan 541,2 milyon kilovat-saat çoxdur.

Avadanlığın iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı, stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzində saxlanılıb, o cümlədən son üç ay ərzində əsas və köməkçi avadanlıqda müxtəlif təyinatlı cari təmir işləri aparılıb.

2013-cü ilin iyul ayında istismara verilmiş, ümumi gücü 780 meqavat olan “Cənub” Elektrik Stansiyasında dörd qaz turbini, iki buxar turbini, dörd qazan-utilizator, altı generator və iki köməkçi qazan quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.