İQTİSADİYYAT


Sentyabrda Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yerdədir

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Bu ilin sentyabrında Azərbaycandan Gürcüstana 130 min 851 nəfər vətəndaş səfər edib.

AZƏRTAC "Sputnik-Georgiya" saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Azərbaycan vətəndaşları bu göstərici ilə Gürcüstana səfər edənlər arasında birinci yeri tutur. Sonrakı yerlərdə Rusiya, Türkiyə, İran qərarlaşıb.

Ümumilikdə, payızın ilk ayında Gürcüstana 631 min 302 əcnəbi səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu ilin 9 ayında isə bu ölkəni 2 milyon 156 min 731 turist ziyarət edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.