İQTİSADİYYAT


Sentyabrda OPEC-in neft istehsalı artıb

A+ A

Bakı, 12 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Sentyabrda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 220 min barrel artaraq 33 milyon 394 min barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, qlobal neft təklifi OPEC və qeyri-OPEC ölkələrdəki istehsalın təsiri ilə artıb. Sentyabrda qlobal neft təklifi avqusta nisbətən gündəlik 1 milyon 460 min barrel artaraq 96 milyon 400 min barrel təşkil edib.

Sentyabrda OPEC-in xam neft hasilatı avqustla müqayisədə gündəlik 220 min barrel artaraq 33 milyon 394 min barrel olub. İstehsalının artmasına baxmayaraq, sentyabrda OPEC-in qlobal neft hasilatındakı payı 34,6 faizdə qalıb.

Ötən ay OPEC daxilində xam neft istehsalı ən çox İraqda artıb, Səudiyyə Ərəbistanında isə hasilat azalıb. İraqın gündəlik neft istehsalı 105 min barrel artaraq 4 milyon 455 min barrelə çatıb. İranın neft hasilatı gündəlik 20 min barreldən çox artaraq 3 milyon 660 min barrel təşkil edib. OPEC-in ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında isə sentyabrda avqustla müqayisədə 87 min barrel azalaraq 10 milyon 491 min barrel olub.

Hesabata görə, bu il qlobal neft tələbatı keçən illə müqayisədə 1 milyon 240 min barrel artaraq gündəlik 94 milyon 400 min barrel, 2017-ci ildə isə 95 milyon 560 min barrel olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.