İQTİSADİYYAT


Sentyabrda SOCAR tərəfindən 12 min 335 metr qazma işi görülüb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Bu ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 min 335 metr qazma işi həyata keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 11 min 570 metri istismara, 765 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 86 min 583 metr qazma işi görülüb. Bunun da 84 min 518 metri istismara, 2 min 65 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, sentyabr ayı ərzində qazmadan alınmış 7, ilin əvvəlindən isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.