REGİONLAR
Sentyabrda “Şəki” ES-də 16,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Cari ilin sentyabr ayında “Şəki” Elektrik Stansiyasında 16,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2016-cı ilin 9 ayı ərzində isə elektrik enerjisi istehsalı 165,9 milyon kilovat-saata yaxın olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son üç ay ərzində “Şəki” ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan nasazlıqlar aradan qaldırılıb. Eyni zamanda, bir aqreqatda təmir işləri başa çatdırılıb.
Qeyd edək ki, 10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ildə istismara verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]