İQTİSADİYYAT
Sentyabrda “Səngəçal” ES-də 90,4 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Bu ilin sentyabr ayında “Səngəçal” Elektrik Stansiyasında 90,4 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Cari ilin 9 ayında isə stansiyada elektrik enerjisi istehsalı 835,8 milyon kilovat-saata yaxın olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, avadanlığın iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 5000 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan nasazlıqlar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır. Son üç ayda burada istismarda olan dörd aqreqatda cari təmir işləri aparılıb.
Qeyd edək ki, 18 aqreqatdan ibarət, ümumi gücü 300 MVt olan bu elektrik stansiyası 2008-ci ildə istismara verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]