İQTİSADİYYAT
Sentyabrda Türkiyə Azərbaycandan 519 milyon kubmetr təbii qaz idxal edib
Bakı, 23 noyabr, Nihad Budaqov, AZƏRTAC
Sentyabrda Türkiyə Azərbaycandan 519 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bu ilin avqustunda isə Azərbaycandan Türkiyəyə 529 milyon kubmetr təbii qaz ixrac olunub.
Bildirilir ki, Türkiyənin təbii qaz idxalı sentyabrda ötən ilin eyni ayına görə 18,4 faiz azalaraq 3 milyard 7 milyon kubmetrə enib. Ümumi idxalın 2 milyard 545 milyon kubmetri boru kəmərləri ilə, 462 milyon kubmetri də LNG qurğuları vasitəsilə həyata keçirilib.
Sentyabrda Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkə 1 milyard 507 milyon kubmetrlə Rusiya olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]