İQTİSADİYYAT


Sentyabrın 15-də Xəzər və Göyçay rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də saat 10-dan 17-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qaraməryəm-Yekəxana” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Bakının Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.