İQTİSADİYYAT
Sentyabrın 1-dən “BakuBus”un 1 nömrəli marşrut avtobusu fəaliyyətə başlayacaq
Bakı, 31 avqust, AZƏRTAC
“BakuBus” MMC-nin 1 nömrəli marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 1 nömrəli marşrut avtobusunun hərəkət cədvəli “Koroğlu” metro stansiyası–Heydər Əliyev prospekti-“28 may” metro stansiyası istiqamətində olacaq. Daha sonra hərəkət cədvəlində dəyişiklik edilən 11 nömrəli marşrutun istiqaməti “H.Aslanov” metro stansiyasından Q.Qarayev prospekti ilə “Koroğlu” metro stansiyası–Ziya Bünyadov prospekti–Ə.Rəcəbli küçəsi–Ak.H.Əliyev küçəsi–“Gənclik” metro stansiyası–Ağaoğlu küçəsi–Xətai prospekti olmaqla əvəz olunub.
38 nömrəli marşrutun yeni xətti Keşlə qəsəbəsi–H.Əliyev prospekti–“Şəfa” stadionu–M.Nərimanov küçəsi–“Ulduz” metro stansiyası–Heydər Əliyev prospekti–A. Nemətulla küçəsi və sonra mövcud xətti ilə əvəz olunub.
136 nömrəli marşrutun xətti “Qara Qarayev” metro stansiyası–“Koroğlu” metro stansiyası–Heydər Əliyev prospekti–Mərdəkan qəsəbəsi–Şüvəlan Şimal DRESS daxil olmaqla əvəz edilib.
184 nömrəli marşrut xətti Suraxanı qəsəbəsi–Heydər Əliyev prospekti–“Koroğlu” metro stansiyası istiqamətində əvəzlənib.
100 saylı marşrut xətti isə ləğv edilərək 136 saylı marşrut daşıycısının xidmətinə verilib. Dəyişiklik sentyabrın 1-dən qüvvəyə minir.